Bizim haqqında

Şirniyyat və ya bişmələrin istehsalçısını təqdim edən saytın səhifələrində, adətən, nəyi görmək gözlənilir? Yəqin ki, həmin istehsalçının məhsulunun dünyanın ən dadlı şirniyyatı olması və bu bişmələrlə özünü və yaxınlarını əzizləməyin vacib olması haqqında sözlər.

 

Sözsüz ki, “ən-ən” anlayışı dad kimi subyektiv məsələdə sadəcə iştirak etmir. Bir şeyi dəqiq deyə bilərik: biz yalnız hazırda bizim bazarda daha keyfiyyətli hesab etdiyimiz məhsullardan və yalnız öz bəyəndiyimiz şirniyyatları bişiririk.

 

Bizim qənnadımızın tarixi 1989-1990-cı illərdən, o zaman Elmlər Akademiyasında işləyən, ixtisasca kimyaçı olan Janna Zeynalovanın öz hobbisi  bişirməni gəlir mənbəyinə çevirməyi qərara alması ilə başlayır. O zamandan çox illər keçdi, lakin Janna xanımın işə qarşı məsuliyyət və vicdan, şirniyyat sənətinə sevimli iş kimi münasibətləri dəyişməz qaldı.

 

Biz işimizi sevirik və əminik ki, insan yalnız sevdiyi işlə uğurla məşğul ola bilər.

 

Biz bu gün geniş istifadə edilən və məşhur “sadəcə su əlavə et” prinsipinə əsaslanan müasir texnologiyaların tətbiqindən məqsədyönlü şəkildə çəkinirik. Bu prinsipə əsasən, məsələn, hazır toz-yarımfabrikata sadə suyun əlavə edilməsi ilə təzə kəsmiyin valehedici qoxusuna malik kütlə alınır, digər toz, həmçinin sadəcə zərif kremə və ya havalı biskvitə çevrilir, meyvələrin əvəzinə isə təbiiyə bənzəyən dad gücləndiricilərdən istifadə edilir.

 

Biz dad gücləndiricilər, konservantlar, emulqatorlar, stabilizatorlar, antioksidləşdiricilər, kiflənməyə qarşı əlavələrdən istifadə etmirik, aromatizatorlar (vanildən başqa) əlavə etmirik... Biz hər şeyi ənənəvi texnologiyalarla edirik və məqsədyönlü şəkildə istehsalın məmulatlarımızın keyfiyyətinə nəzarət edə bilməyəcəyimiz dərəcədə artırılmasına cəhd etmirik.

 

Bizdə çox da böyük istehsalat və digərləri kimi mağazalar şəbəkəsi yoxdur. Biz kəmiyyət üçün çalışmırıq, bizim üçün keyfiyyət əhəmiyyətlidir. Sənaye texnologiyaları, kimyəvi əlavələr və hazır yarımfabrikatlardan istifadə etmirik. Əlbəttə, biz gəlir əldə etmək istəyirik, lakin heç vaxt daha böyük gəlir üçün müxtəlif hiylələrə əl atmırıq və əsas xəttimizdən kənara çıxmırıq.

 

 

Bizim istehsalımız əl işidir və hər bir torta, pirojnaya qənnadçı öz ruhunun hissəciyini əlavə edir. Biz istəyirik ki, əməyimizin nəticələri Sizi sevindirsin, tortlarımızın və pirojnalarımızın hər dilimindən həzz alasınız.

 

Bizim məhsullarımızı YALNIZ iki mağazamızın birindən və ya bizim internet-mağazamızdan əldə etmək olar. Biz öz məhsullarımızı başqa yerlərə vermirik.

 

Əgər Siz lazımi məhsulu lazımi gündə və saatda alacağınıza əmin olmaq istəyirsinizsə, o zaman bizim mağazalarımızdan birinə zəng etməlisiniz. Burada satıcı-konsultantlar lazımi məhsulu məsləhət görə və seçə biləcəklər, bizim sifarişlərin idarə edilməsi sistemimizə məlumatları daxil edəcəklər.

 

Biz, həmçinin məmnuniyyətlə Sizin üçün qeyri-adi tərtibatlı tortlar hazırlayacağıq və çalışacağıq ki, nəticə xoşunuza gəlsin

 

                    Mağazaya gəlin, sayta daxil olun, alın, dadın!

loader