Bizim məhsulumuzu almaq üçün Sizin bir neçə yolunuz var:

1. Bizim internet-mağazamızda almaq

Siz internet-mağazada istənilən zaman sifarişlər edə bilərsiniz, lakin onların səhər 9-dan axşam 19-a qədər iş vaxtında emal edilməsinə anlayışla yanaşmağınızı xahiş edirik. Əgər Siz internet-mağazada səhər 9-a qədər və ya axşam 19-dan sonra sifariş etsəniz, o zaman sifariş internet-mağazanın operatoru öz işinə başlayan kimi emal ediləcək.

2. Məhsullara realda baxa biləcəyiniz iki mağazamızdan birinə gəlmək

Bundan başqa, Siz eyni zamanda edə bilərsiniz:-hazır tortlar almaq;-böyük ölçülü tortlar sifariş etmək;-tort bəzəklərinin qeyri-adi variantlarını bizim əməkdaşlarımızla müzakirə etmək və seçmək;-öncədən sifariş olunmuş tortları götürmək.Siz mağazaların ünvanı haqqında daha ətraflı məlumatı bu istinada keçid etməklə tapacaqsınız

3. İstənilən mağazamıza telefonla zəng etmək

(012 541 18 55, (051) 815 0873 – “Neftçi” bazası yaxınlığında M.Əlizadə küçəsində yerləşən mağa

Və ya

(012) 493 99 50, (051) 815 0872 – Rabitə Nazirliyi yaxınlığında “Sahil” filialı

Eyni zamanda mümkündür:

-məhsulun çatdırılmasını sifariş etmək;

-telefonla standart tərtibatlı çox da böyük olmayan tortları (çəkisi 600 qramdan 4-5 kq-a qədər) və digər məhsullarımızı sifariş etmək;

Çatdırılma və zəmanət şərtləri

Bizim məhsulumuzun çatdırılma ilə ilkin sifarişi zamanı ilkin sifariş üzrə çatdırılmanın təyin olunmuş vaxt ərzində 40 dəqiqə tez və ya gec olmaqla, həyata keçirildiyini nəzərə almağınızı xahiş edirik. Yəni, məsələn, əgər Siz 1300-da sifariş etmisinizsə, kuryer məhsulu 1220-dən 1340-a qədər vaxt ərzində gətirə bilər. Bu, trafikə görə gecikmələr, park etmək üçün yer axtarışı, lazımi ünvanın axtarışı və s. ilə əlaqədardır.

Sizdən nəzərə almağınızı xahiş edirik ki, internet-mağazada alış-veriş zamanı şəhər daxilində çatdırılma internet vasitəsilə sifarişdən sonra 1-3 saat ərzində yerinə yetirilə bilər.

Sifariş edilmiş məhsulun qəbulu zamanı Sizin tərəfinizdən sifariş edilmiş bütün məhsulların lazımi miqdarda gəldiyindən və onların dekor və zahiri görünüşünün zədələnmədiyindən əmin olmağınızı xahiş edirik. Əks təqdirdə məhsulları qəbul etməməyinizi və (051) 848 4326 telefon nömrəsinə zəng etməklə, internet-mağazanın operatorlarına bu haqda məlumat verməyinizi xahiş edirik.

Hazırda ödəniş kuryerə hələ ki, yalnız nağd şəkildə həyata keçirilir. Kuryer Sizə məhsulların miqdarı, nomenklaturası və ödəniş məbləğinin göstərildiyi hesab-fakturanı təqdim etməyə borcludur.

Biz hər zaman məhsulumuzun keyfiyyətinə çox məsuliyyətlə yanaşırıq, lakin təəssüf ki, hətta dəqiq nəzarət vaxtı belə məhsulların qüsurlu olması halları tamamilə istisna edilə bilməz. Qüsurlu məhsulla rastlaşdığınızdan şübhələndiyinizdə və ya əmin olduğunuzda onu atmamağınızı, yeməməyinizi və dərhal mağazalarımızla əlaqə saxlamağınızı xahiş edirik. Məhsul həqiqətən keyfiyyətsiz olduqda biz ödənişin geri qaytarılmasını və ya məhsulun dəyişdirilməsini (mümkün olarsa) təmin edəcəyik. Hər bir halda biz istehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanun çərçivəsində hərəkət edirik

Çatdırılmanın qiyməti

Çatdırılmanın qiymətini Siz aşağıda dərc edilmiş xəritə üzrə müəyyən edə bilərsiniz. Orada öz ünvanınızı taparaq ona klik etdikdə ekranda açılan pəncərədə Siz çatdırılmanın qiymətini görəcəksiniz. Sifarişin çatdırılmasını istədiyiniz ünvan bizim çatdırılma zonalarına daxil deyilsə, o zaman təxmini qiymətin müəyyənləşdirilməsi üçün tələb edilən çatdırılma nöqtəsinə ən yaxın zonaya klik edə bilərsiniz.

Çatdırılma zonaları

 

Rəy və təkliflərinizi məhsulun qablaşdırılmasında göstərilmiş ünvana göndərə bilərsiniz.

loader