Haradan almaq?
Siz bizim məhsullarımızı bayram və istirahət günləri olmadan hər gün səhər 0900-dan axşam 2300-a qədər işləyən mağazamız və kafe-mağazamızdan ala bilərsiniz. Kafe-mağazada Siz, həmçinin yenicə hazırlanmış salatlar, xəmir xörəkləri (düşbərə, xəngəl, gürzə), dolma, hamburqerlər və təzə bişmiş pizza və digər təamları əldə edə biləcəksiniz; ikinci mərtəbədə əsl bişirilmiş qəhvənin, müxtəlif çay növlərinin və əlbəttə ki, bizim bişmələrimizin dadına baxa bilərsiniz. Ödəniş nağd və nağdsız formalarda qəbul edilir. İlkin müqavilə üzrə bank köçürməsi ilə ödəniş mümkündür.