Tortlar

Oreşek

Bu tort qoz sevənlər üçündür: qozlu, biskvitli korjlar və kərə yağı, qaynadılmış qatılaşdırılmış südlü, qozlu krem..

Pinarella

İtalyan istehsalı olan “Maskarpone” pendirli krem, quru meyvələr və ədviyyatlarla orijinal kök tortu..

Portağallı

Ballı korjlar, kərə yağı və təbii südə təzə sıxılmış portağal şirəsi və portağal qabığı əlavə edilmiş krem. Üstü təbii portağal şirəsi və pektin jelesi ilə örtülür..

Qız qalası

Zülallı xəmirdən korjlarla fındıqlı, küncütlü, qozlu tort. Kremin tərkibinə qaynadılmış qatılaşdırılmış süd, kərə yağı və təbii kakao tozu daxildir. 2019 ilin dekabr ayına qədər bu tort bizdə "Abşeron" adını daşıyırdı...

Rıjık

Korjlar tərkibinə görə “Quş südü”nün korjları ilə analojidir – lakin tort sufle və şokoladlı qlazurla örtülmür..

Şokoladlı

Şokoladlı keks xəmirindən korjlar, qozlu, qaynadılmış qatılaşdırılmış südlü, şokoladlı krem..

Tiramisu

Konyak-qəhvə siropu ilə hopdurulmuş, əsl italyan pendiri “Mascarpone” ilə biskvitli korjlar. Bir çox digər istehsalçılardan fərqli olaraq, biz hazır toz qarışığından istifadə etmirik, hər şeyi italyan istehsalı olan təbii pendirdən hazırlayırıq..

loader