Ballı korjlar, kərə yağı və təbii südə təzə sıxılmış portağal şirəsi və portağal qabığı əlavə edilmiş krem. Üstü təbii portağal şirəsi və pektin jelesi ilə örtülür..
Zülallı xəmirdən korjlarla fındıqlı, küncütlü, qozlu tort. Kremin tərkibinə qaynadılmış qatılaşdırılmış süd, kərə yağı və təbii kakao tozu daxildir. 2019 ilin dekabr ayına qədər bu tort bizdə "Abşeron" adını daşıyırdı...
Konyak-qəhvə siropu ilə hopdurulmuş, əsl italyan pendiri “Mascarpone” ilə biskvitli korjlar. Bir çox digər istehsalçılardan fərqli olaraq, biz hazır toz qarışığından istifadə etmirik, hər şeyi italyan istehsalı olan təbii pendirdən hazırlayırıq..