Ballı korjlar, kərə yağı və təbii südə təzə sıxılmış portağal şirəsi və portağal qabığı əlavə edilmiş krem. Üstü təbii portağal şirəsi və pektin jelesi ilə örtülür..
Zülallı xəmirdən korjlarla fındıqlı, küncütlü, qozlu tort. Kremin tərkibinə qaynadılmış qatılaşdırılmış süd, kərə yağı və təbii kakao tozu daxildir. 2019 ilin dekabr ayına qədər bu tort bizdə "Abşeron" adını daşıyırdı...
Bu, artıq illərdir ki, bizim qənnadımızın bütün çeşidinin ən çox satılan və məşhur tortudur. 4-dən 7-ə qədər ballı korj, yarı bişmiş qaymaqlı krem, zərif sufle və şokoladlı qlazur – budur bir qurman üçün başdan çıxaran əsl resept!..
Şokoladlı biskvit qırıntısı və şokoladlı qaymaqlı krem qarışığı, sutkaya yaxın təbii Azərbaycan konyakında saxlanılmış albalı. Üstü şokoladlı qlazurla örtülür..
Konyak-qəhvə siropu ilə hopdurulmuş, əsl italyan pendiri “Mascarpone” ilə biskvitli korjlar. Bir çox digər istehsalçılardan fərqli olaraq, biz hazır toz qarışığından istifadə etmirik, hər şeyi italyan istehsalı olan təbii pendirdən hazırlayırıq..