Tortlar

"Klassika" tortu

Sovet resepti üzrə hazırlanan ənənəvi “Quş südü” tipində klassik tort: ovulan korjlar, kərə yağı və ballı, zülallı bişirilmiş krem, üstü şokolad qatı ilə örtülür..

Kançellara

Rəndələnmiş badamlı havalı xəmir, südlü-qaymaqlı krem, hopdurmaq üçün yünqül konyak aromalı (alkoholsuz) , şokoladlı qaymaq – budur “Janna” qənnadıda “Kançellara” tortu..

Kontador

Ballı, zərif korjlar, qozlu qaymaqlı krem, üstü şokoladlı qlazurla örtülür – müştərilərimiz tərəfindən sevilən tortlardan biri!..

Quş südü

 Bu, artıq illərdir ki, bizim qənnadımızın bütün çeşidinin ən çox satılan və məşhur tortudur. 4-dən 7-ə qədər ballı korj, yarı bişmiş qaymaqlı krem, zərif sufle və şokoladlı qlazur – budur bir qurman üçün başdan çıxaran əsl resept!..

Sərxoş albalı

 Şokoladlı biskvit qırıntısı və şokoladlı qaymaqlı krem qarışığı, sutkaya yaxın təbii Azərbaycan konyakında saxlanılmış albalı. Üstü şokoladlı qlazurla örtülür..

Zaher

Bu şokoladlı tort dünyada ən məşhur Vyana tortu “Sacher”in resepti üzrə hazırlanır. Sıx xəmirdən şokoladlı korjlar təzə portağal və limon şirəsi, təbii ərik cemi ilə hopdurulur, üstü şokoladlı qlazur qatı ilə örtülür – budur Vyananın “Zaher” tortu! ..

Siz internet-mağazada istənilən zaman sifarişlər edə bilərsiniz, lakin onların səhər 9-dan axşam 19-a qədər iş vaxtında emal edilməsinə anlayışla yanaşmağınızı xahiş edirik. Əgər Siz internet-mağazada səhər 9-a qədər və ya axşam 19-dan sonra sifariş etsəniz, o zaman sifariş internet-mağazanın operatoru öz işinə başlayan kimi emal ediləcək

 Sizdən nəzərə almağınızı xahiş edirik ki, internet-mağazada alış-veriş zamanı şəhər daxilində çatdırılma internet vasitəsilə sifarişdən sonra 1-3 saat ərzində yerinə yetirilə bilər.

loader