Bizim reklam videoçarxlarımız


Ötən ilin payızında biz yeni layihəyə (indi bunu belə adlandırmaq dəbdədir) start verdik. Layihə çərçivəsində gözəl bakılılara həsr olunmuş bir sıra videoçarxların hazırlanması planlaşdırılır. Artıq belə alınıb ki, biz əsasən, məşhur incəsənət xadimlərinin adlarını eşidirik, insan fəaliyyətinin digər sferalarının nümayəndələri isə kölgədə qalırlar. Biz bu vəziyyəti düzəltmək qərarına gəldik.

Bu videoçarxlar demək olar ki, müxtəlif janrlarda lentə alınmış mikrofilmlərdir.

Sizin diqqətinizə artıq bir neçə gün ərzində “Facebook”da minlərlə baxış, çoxsaylı paylaşım (bu göstərici bizim üçün gözlənilməz idi) və bəyənmə toplamış ilk videoçarxı təqdim edirik.

Əgər videoçarxı bəyəndinizsə, bizim “Youtube” kanalımıza (Siz bunu videoya baxarkən “Abunə ol” düyməsini sıxmaqla, edə biləcəksiniz) və ya “Facebook” səhifəmizə (https://www.facebook.com/JANNA-cake-house-541318752705871/) abunə olun.

loader