Dadlı,
çünki təbiidir!
Bizim qəlyanaltı məhsulların bütün çeşidini real dəmlənmiş qəhvə və təbii çayların müxtəlif növləri ilə təqdim edə bilərik
Dadlı,
çünki təbiidir!
Bizim qəlyanaltı məhsulların bütün çeşidini real dəmlənmiş qəhvə və təbii çayların müxtəlif növləri ilə təqdim edə bilərik
Üstünlüklərimiz
Yalnız  təbii süd məhsulları
     
         
     Əl işi 
Təbii kərə yağı ilə
Müştərilərə fərdi yanaşma
Aromatizatorlar, konservantlar,dad gücləndiricilər olmadan
İnternet-mağaza alış-veriş imkanı

"Janna" qənnadı

Bizim qənnadımızın tarixi 1989-1990-cı illərdən, o zaman Elmlər Akademiyasında işləyən, ixtisasca kimyaçı olan Janna Zeynalovanın öz hobbisi  bişirməni gəlir mənbəyinə çevirməyi qərara alması ilə başlayır. O zamandan çox illər keçdi, lakin Janna xanımın işə qarşı məsuliyyət və vicdan, şirniyyat sənətinə sevimli iş kimi münasibətləri dəyişməz qaldı.

 

Biz işimizi sevirik və əminik ki, insan yalnız sevdiyi işlə uğurla məşğul ola bilər.

 

Biz bu gün geniş istifadə edilən və məşhur “sadəcə su əlavə et” prinsipinə əsaslanan müasir texnologiyaların tətbiqindən məqsədyönlü şəkildə çəkinirik. Bu prinsipə əsasən, məsələn, hazır toz-yarımfabrikata sadə suyun əlavə edilməsi ilə təzə kəsmiyin valehedici qoxusuna malik kütlə alınır, digər toz, həmçinin sadəcə zərif kremə və ya havalı biskvitə çevrilir, meyvələrin əvəzinə isə təbiiyə bənzəyən dad gücləndiricilərdən istifadə edilir.

 

Biz dad gücləndiricilər, konservantlar, emulqatorlar, stabilizatorlar, antioksidləşdiricilər, kiflənməyə qarşı əlavələrdən istifadə etmirik, aromatizatorlar (vanildən başqa) əlavə etmirik... Biz hər şeyi ənənəvi texnologiyalarla edirik və məqsədyönlü şəkildə istehsalın məmulatlarımızın keyfiyyətinə nəzarət edə bilməyəcəyimiz dərəcədə artırılmasına cəhd etmirik.

 

Bizdə çox da böyük istehsalat və digərləri kimi mağazalar şəbəkəsi yoxdur. Biz kəmiyyət üçün çalışmırıq, bizim üçün keyfiyyət əhəmiyyətlidir. Sənaye texnologiyaları, kimyəvi əlavələr və hazır yarımfabrikatlardan istifadə etmirik. Əlbəttə, biz gəlir əldə etmək istəyirik, lakin heç vaxt daha böyük gəlir üçün müxtəlif hiylələrə əl atmırıq və əsas xəttimizdən kənara çıxmırıq.

 

 

Bizim istehsalımız əl işidir və hər bir torta, pirojnaya qənnadçı öz ruhunun hissəciyini əlavə edir. Biz istəyirik ki, əməyimizin nəticələri Sizi sevindirsin!

Məqalələr
Почему "торт" называется "тортом"?
О ритуальном значении азербайджанских сладостей
Hamısını gör
Müştərilərin rəyləri
avatar

Год назад прилетал в Баку. Отвез домой подаренную коробку пахлавы. Мы ее долго вспоминали. Я опять ..

Дмитрий Шмелев
avatar

Лучшая в Баку выпечка!..

Оrxan Talıbov
Hamısını gör
Xəbərlər
Daimi müştərilər üçün bonuslar
Запущен интернет-магазин!
Hamısını gör
Мasanı sifariş edin
Rezervasiya
loader